Bir neçə aydan sonra Naxçıvan-İğdır qaz kəmərinin layihəsi hazır olacaq.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz deyib.
O bildirib ki, layihə hazır olduqdan sonra qaz kəmərinin inşasına sürətlə başlanılacaq:
“Kəmərin tikintisini 12 aya yekunlaşdırmağı planlaşdırmışıq. Bu, İğdırın starteji əhəmiyyətini artıracaq vacib layihələrdən biridir. Bundan başqa, Naxçıvanla yeni kəmər üzərində yerləşən bələdiyyələr və qəsəbələr gələcəkdə təbii qazdan istifadə üçün çıxış nöqtələrinə sahib olacaqlar”.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan İğdır-Naxçıvan qaz kəməri ilə bağlı qərar verdi
Nazir qeyd edib ki, Azərbaycanın Qarabağı işğaldan azad etməsi türk millətinə sonsuz sevinc bəxş elədi:
“İki dövlət, tək millər” fikri var idi. Bunu hər sahədə ortaya qoymuşduq. Son proseslər də bunu bir daha sübut etdi. Ticarətin inkişafı üçün əhəmiyyətli fürsətlər əlimizə keçəcək. Naxçıvandan Azərbaycana gedən dəhliz bunlardan biridir. Burada keçmişdə istifadə olunan nəqliyyat xətləri mövcud olub.
Bunlar gündəmə gələcək. Hər baxımdan bu qələbə hər iki ölkənin lehinə oldu” deyə Fateh fikrini tamamlayıb
Bizim.Media