Azərbaycan səfiri Beynəlxalq Okean İnstitutunun prezidenti ilə görüşdü - FOTO

Hazırda oxunan: Azərbaycan səfiri Beynəlxalq Okean İnstitutunun prezidenti ilə görüşdü - FOTO

79808

Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Beynəlxalq Okean İnstitutunun (IOI) fəxri prezidenti Avni Behnamla Xəzər dənizindəki layihələri müzakirə edib. 

Bizim.Media xəbər verir ki, səfir bu barədə öz "Twitter" səhifəsində yazıb. 

Qeyd olunub ki, görüş Cenevrədə "Mənim dənizlərim, mənim okeanlarım" sərgisi çərçivəsində baş tutub. Sərgi Heydər Əliyev Fondunun və IDEA İctimai birliyinin təşəbbüsü, BMT-nin Cenevrə bölməsi və BMT Cenevrə bölməsində Azərbaycanın daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib. 

"Bu cür təcrübəli alimlə institutun Azərbaycanla birgə Xəzər dənizindəki layihələrini müzakirə etməkdən məmnun oldum", - səfir bildirib. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin