Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
Bizim.Media xəbər verir ki, nümayəndə heyəti İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Ehtiyatları Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların səlahiyyətli nümayəndələrindən ibarətdir.
MÖVZU İLƏ BAĞLI:
Şahin Mustafayev erməni həmkarı ilə sərhədin bu hissəsində görüşüb – DETALLAR
Səfər çərçivəsində Rusiya Federasiyası Hökumətinin sədrinin birinci müavini Andrey Belousov, Hökumətin sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyası Prezidentinin köməkçisi Maksim Oreşkin, sənaye və ticarət naziri Dmitri Manturov, Sankt-Peterburq şəhər Administrasiyasının Xarici Əlaqələr Komitəsinin sədri Yevgeni Qriqoryev ilə görüşlər keçirilib.
Nümayəndə heyəti forumun işi və tədbir çərçivəsində müxtəlif pavilyonlar ilə tanış olub, habelə bir sıra digər görüşlər keçirib.
Bizim.Media