“İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb”.
Bu barədə Bizim.Media-ya Ombudsman aparatının mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunur ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoyub və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub:
“Daha bir azərbaycanlı mülki şəxs piyada əleyhinə minaya düşərək xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub.
Təəssüflə bildiririk ki, beynəlxalq təşkilatlar tərəfindən insan həyatı üçün potensial təhlükə olaraq qalmaqda davam edən minalarla bağlı konkret tədbirlər görülmür, bu isə günahsız insanların həlak olmasına və ya xəsarətlər almasına səbəb olur.
Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:37 / 17.06.2022
Azərbaycan Ombudsmanı dünyaya SƏSLƏNDİ: “Mina problemi soydaşlarımızın yurdlarına qayıdışını ləngidir”
Hazırda oxunan: Azərbaycan Ombudsmanı dünyaya SƏSLƏNDİ: “Mina problemi soydaşlarımızın yurdlarına qayıdışını ləngidir”
Hazırda oxunan: Azərbaycan Ombudsmanı dünyaya SƏSLƏNDİ: “Mina problemi soydaşlarımızın yurdlarına qayıdışını ləngidir”
79703
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.