Xəbər verdiyimiz kimi “Yeni Müsavat”x9d qəzeti həbs olunann oliqarxların kömək üçün müxalifət partiyalarına müraciət etməsi haqda informasiya yayıb. Xəbərdə qeyd olunub ki, hətta müxalifət partiyalarının nümayəndələri bununla bağlı öz aralarında görüş keçirərək oliqarxların təklifini müzakirə ediblər.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Müsavat başqanının müavini Səxavət Soltanlının sözlərinə görə, onların partiyası belə bir təklif almayıb:
“Mən öz partiyamızın adından deyə bilərəm ki, bizim partiyaya nə belə bir dəvət gəlib, nə də ki, partiyamız bu haqda müzakirə aparıb. Digər partiyalara bu haqda hər-hansısa təklif gəlib-gəlməməsindən də məlumatlı deyiləm, mən öz partiyamız adından danışa bilərəm. Hesab edirəm ki, bu informasiya yalandır."
Xəyal Əzizov

























































































