“Azərbaycan işğal ilə üzləşdikdə beynəlxalq ictimaiyyət susdu” - Hikmət Hacıyev 

Hazırda oxunan: “Azərbaycan işğal ilə üzləşdikdə beynəlxalq ictimaiyyət susdu” - Hikmət Hacıyev 

79573

 “Azərbaycan BMT-yə, ATƏT-ə üzv olduğu dövrdə Ermənistanın təcavüzünə məruz qaldı, ancaq bu beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar adlandırmadı”. 

Bizim.Media xəbər verir ki, bunu bu gün “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal təhlükəsizlik strukturuna və sülh perspektivlərinə təkrar baxış” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev bildirib. 

Hikmət Hacıyev deyib ki, BMT təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib: “Qətnamələrdə Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarını tərk etməsi tələb olunurdu. Ancaq bu qətnamələr icra olunmadı.
Digər tərəfdən, ikili standartlarla üzləşirdik. Postsovet məkanındakı digər münaqişələrdə ölkələrin ərazi bütövlüyü birmənalı tanınırdı, Azərbaycana münasibət ikili standartlara əsaslanırdı”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin