AKINCI “KGK” ilə ilk atış sınağını uğurla tamamladı - VİDEO 

Hazırda oxunan: AKINCI “KGK” ilə ilk atış sınağını uğurla tamamladı - VİDEO 

79372

Türkiyə Müdafiə Sənayesi Nazirliyi ilə həyata keçirilən AKINCI layihəsi çərçivəsində milli və orijinal olaraq “Baykar” tərəfindən hazırlanmış Bayraktar AKINCI (H/PUA) sursat inteqrasiyası prosesində daha bir mühüm mərhələni uğurla başa vurub. 

Bizim.Media xəbər verir ki, iyunun 14-də Çorludan havaya qalxan Bayraktar AKINCI, “TÜBİTAK SAGE” tərəfindən hazırlanmış “KGK-SİHA-82” (Qanadlı Sükan Dəsti – S/PUA - 82) sursatı ilə dəniz sahillərində müəyyən edilən koordinat üçün həyata keçirilən ilk atış sınağını Sinop üzərində müvəffəqiyyətlə tamamlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Akıncı” Türkiyəyə qayıdır – “Qəlbimizin yarısı Şuşada qaldı”  


AKINCI üzərində elektro-optik kamera və yerdə telemetriya antenaları, 340 kq ağırlığındakı, 30 km uzaqlıqda olan hədəfi yüksək dəqiqliklə vurub. 

Bu yaxınlarda Roketsan tərəfindən hazırlanmış “Teber-82” ilə dəniz səthində hədəfə uğurlu atış sınağı həyata keçirən Bayraktar AKINCI milli aviasiya tariximizin hündürlük rekorduna da sahibdir. Belə ki, test uçuşlarına davam edən “Bayraktar AKINCI B TİHA”, 11 Mart 2022-ci il tarixindəki sınaq uçuşunda 40.170 fut yüksəkliyə qalxaraq aviasiya tariximizin yüksəklik rekordunu qırıb. 

29 avqust 2021-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qatıldığı mərasimlə inventarlaşdırılan “Bayraktar AKINCI TİHA”lar hazırda təhlükəsizlik qüvvələrimiz tərəfindən əməliyyat vəzifələrində fəal şəkildə istifadə olunur. İndiyə qədər 6 “Bayraktar AKINCI TİHA” təhlükəsizlik qüvvələrinin inventarına girib. 

Həmçinin “Bayraktar AKINCI TİHA” üçün 3 ölkə ilə ixrac müqaviləsi imzalanıb. Müqavilələr çərçivəsində “Bayraktar AKINCI TİHA” və yer sistemlərinin 2023-cü ildən etibarən dövri olaraq təhvil verilməsi gözlənilir.


İlk milli PUA ixracını 2012-ci ildə reallaşdıran “Baykar”, 2021-ci ildə 664 milyon dollarlıq S/PUA sisteminin ixracını tamamlayıb, gəlirlərinin 80%-dən çoxunu ixracatdan əldə edib. Milli “TİHA Bayraktar AKINCI” ilə maraqlanan bir çox ölkə ilə danışıqlar davam edir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin