Bolqarıstanın baş naziri Bakıya gələcək – Bu səbəblə 

Hazırda oxunan: Bolqarıstanın baş naziri Bakıya gələcək – Bu səbəblə 

79212

Bolqarıstanın Baş naziri Kiril Petkov yay aylarında yeni Bolqarıstan-Yunanıstan birləşdirici qaz kəməri (Interconnector Greece – Bulgaria - IGB) vasitəsilə Azərbaycan qazının tədarükünün başlanmasını gözləyir. 

Bizim.Media TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kiril Petkov Veliko Tırnovoda keçirdiyi brifinq zamanı bildirib. 

"Təchizat həcmini təsdiqləmək üçün bu həftə Bakıya səfər edəcəyəm”, - deyə, baş nazir qeyd edib. 

Onun sözlərinə görə, IGB işə salındıqdan sonra Bolqarıstan ildə 1 mlrd. kubmetr həcmində Azərbaycan qazı qəbul edə biləcək. 

Qeyd edək ki, IGB boru kəmərinin illik ötürmə gücü 3 mlrd. kubmetr olacaq, gələcəkdə bu göstərici 5 mlrd. kubmetrə çatdırıla bilər. Gözlənilir ki, artıq bu ilin sentyabr ayından başlayaraq, kəmər vasitəsilə Azərbaycan qazı Bolqarıstana nəql ediləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin