“Ağaşirin Tanrıverdioğlu AXCP”“adından yalan informasiyalar yayırdı”x9d

Hazırda oxunan: “Ağaşirin Tanrıverdioğlu AXCP”“adından yalan informasiyalar yayırdı”x9d

79212

Moderator.az-a bir neçə gün bundan öncə AXCP üzvü Ağaşirin Tanrıverdioğlunun partiyadan kənarlaşdırılması haqda informasiya daxil olmuşdu. 

 Məsələ ilə bağlı öz facebok  profilində məlumat  partiya sədrinin müşaviri Məmməd İbrahim xəbəri təsdiqləyərək Ağaşirin Tanrıverdioğlunu partiyanın Nərimanov şöbəsinin qərarı ilə qurumdan xaric olunduğunu deyib:
Dünən Nərimanov şöbəsi məclisinin qərarı ilə partiya sıralarından xaric edilmiş Ağaşirin Tanrıverdioğlu mətbuatda baş verənləri təhrif edən, AXCP-yə qarşı həqiqət olmayan açıqlamalar verməklə məşğuldur. Ona görə də bildirirəm ki, Ağaşirin bəy məhz AXCP- nizamnaməsinə və siyasi əxlaq qaydalarına zidd fəaliyyətinə görə partiyadan xaric olunub. O FB-də açdığı saxta profillər vasitəsi ilə AXCP-yə qarşı heç bir həqiqətə uyğun olmayan yalan məlumatlar yaymaqla, partiya barədə yanlış rəy formaşdırmaqla məşğul olub. Hökumətyönümlü, satqınçılıq yolu tutmuş müxtəlif adamların əlində partiyaya qarşı istifadə olunmaq üçün vasitəyə çevrilmişdi. Onu yaxından tanıyanlar bilir ki, hakimiyyətə yaxın olan bir çox insandan mütümadi pul alır. Elə bunun müqabilində də, açdığı saxta profillə Fb-də və partiyaya və onun rəhbərliyinə şər və böhtan yazılar yazıb. Bundan əlavə zaman zaman FB-da etik qaydalara uygun olmayan yazılar yazır və pul müqabilində yalan informasiyalar uyduraraq iqtidar mediasına ötürüdüyü müəyyən olunub. Bir neçə dəfə yol verdiyi xətalara görə xəbərdarlıq edilsə də, Ağaşirin Tanrıverdioğlu, hərəkətlərinə davam etmişdir. .
Partiyadan xaric olunduqdan dərhal sonra "Yeni Müsavat" və digər hökumətyünümlü mətbuat orqanlarında partiyamıza qarşı hökumətin apardığı çirkin şərləmə kampaniyasına qoşulması, da sübut etdi ki, onu haqlı olaraq partiyadan xaric etmişik. Etiraf edirəm ki, bu işdə hətta bir xeyli gecikmişik. AXCP səbatsız, əqidəsiz, etibarsız adamların yeri deyil.
Bu yazını bəzi dostlara bu xaric olunmanın səbəbi aydın olsun deyə yazdım. Bundan belə, Ağaşirinin hər hansı bir mətbu orqanda çap olunmuş cəfəngiyyatına, özünüifşasına cavab verilməyəcək.

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin