Rusiya prezidentinin qətl yeri kimi seçilən ərazi Bakı şəhəri, Şəhidlər Xiyabanı idi.
Bizim.Media xəbər verir ki, həmin ərəfədə Şimali Qafqazda Fətullah Gülənin əli ilə antiimperiya nizamı formalaşmaqda idi.
Çünki 2000-ci ildə Türkiyədə "FETO" populyarlıq qazanmaqda idi və qardaş ölkədə 2.3 milyon Şimali Qafqazlı yaşayırdı.
Bütün bunlar barədə Andrey Kondraşovun hazırladığı və “Rossiya 1” kanalı vasitəsi ilə yayımlanan “Putin” filmində danışılır.
1999-cu ildə ilk dəfə olaraq Çeçenistanda “Qafqaz İmarəti” (əmirlik) dövləti yaradılması ideyası irəli sürüldü. Şimali Qafqazın hər bir respublikası bu dövlətin vilayəti kimi təsdiq edildi.
“Şəriət qanunları adı ilə imkanlı şəxslər oğurlanıb təhdid edilir, dövlət büdcəsi talan olunur, beləliklə də, külli miqdarda vəsait əldə edirdilər. Bununla yanaşı, Yaxın Şərqdəki islamçı fondlardan da böyük məbləğdə pul qoparılırdı.
2000-2015-ci illərdə “Qafqaz İmarəti”nin liderləri Doku Umarov, Malik Sadullayev, Yuri Bitsuev, Muhammad Süleymanov, Əliasxab Kebekov, Robert Zankişiyev, Əmir Talibov, Zalim Şebzuxov və digərləri antiterror əməliyyatları nəticəsində öldürüldükdən sonra, bu hərəkatın üzvlərinin bir çoxu Yaxın Şərq ölkələrinə, o cümlədən Türkiyəyə qaçmağa məcbur oldular.
“Cihad” ideyası xaricində heç nəyi qavramayan bu şəxslər 2016-cı ildə dəhşət saçan radikal qrupda birləşdilər. Onun adı “İŞID” idi.
Rusiya prezidentini öldürmək istəyənlərin də bu şəbəkənin üzvləri olduğu deyilir. Şimali Qafqazdakı gərginliyə baxmayaraq Putin Cənubi Qafqaza səfər edəcəyini bildirir və ilk ünvan Bakı idi.
Bunu eşidən terrorçular isə, Bakının ən çox ziyarət olunan yeri - Şəhidlər Xiyabanını gözdən keçirirdilər.
Sui-qəsd Əl-Qaidə düşərgələrində təlim keçmiş terrorçuya tapşırılır. İraq vətəndaşı olan Kənan Əhməd Rüstəm (Əbdürrəhman Buxari, Əbu Səid əl-Kürdi, Maqomedov Kanan Axmedoviç) Azərbaycan DTX (MTN) tərəfindən saxlanılır.
Əfqanıstan və Pakistan terrorları ilə məşhur olan Kənan "Xəttab"dan gələn telefon zəngi nəticəsində ələ keçirilir. O, terror partlayışını simkartlarla işə düşən müasir partlayıcı ilə həyata keçirmək istəyib.
Bu qurğu bir zənglə bir neçə partlayış törətməyə qadir idi.
Terrorçunun planına görə ölkə başçıları - H.Əliyev və Putin 20 yanvar şəhidlərinin uyuduğu məzarların önündən keçəndə İlham və Fərizə, yaxud digər şəhidlərin sinə daşları partlamalı idi.
Lakin cinayətin qarşısı alındı.
Xatırladaq ki, bu postsovet məkanında Rusiya liderinin Azərbaycana ilk səfəri idi.
Qısametrajlı filmdə Rusiya-Azərbaycan münasibətlərinin necə qurulduğundan danışan hazırki dövlət rəhbərimiz Putinin Ulu öndər Heydər Əliyevlə görüşünün uzun çəkdiyini bildirdi.
"Atam görüş haqqında öz təəssüratlarını mənə danışdı. Əlbəttə ki, onların ortaq cəhəti çox idi, çünki eyni məktəbin məzunu idilər. Heydər Əliyev dedi ki, mən həm Azərbaycan, həm də Rusiya adına sevinirəm.
Çünki Putinin simasında ölkəmiz Rusiya kimi etibarlı tərəfdaşa sahibdir",- deyə İlham Əliyev Rusiya telekanalına müsahibəsini bitirib.
Anar Rəhimov, Bizim.Media