İsrail XİN-dən ÇAĞIRIŞ – “İstanbula getməyin, hücum ola bilər”

Hazırda oxunan: İsrail XİN-dən ÇAĞIRIŞ – “İstanbula getməyin, hücum ola bilər”

79073

“İstanbula səyahət etməyi planlaşdırırsınızsa, onu ləğv edin. Həyatınıza dəyər bir tətil yoxdur!” 

Bizim.Media “Times of İsrael”ə istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Yair Lapid deyib. 

“İran agentləri israilliləri öldürmək və ya qaçırmaq niyyətindədir. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli üzvünün öldürülməsinə görə, İran qisas almaq istəyir. İstanbula səyahət etmək istəyən İsrail vətəndaşlarına qarşı hücum cəhdləri ola bilər” – deyə XİN başçısı qeyd edib. 

Onun sözlərinə görə, İsrail təhlükəsizlik təşkilatları, Xarici İşlər Nazirliyi, Baş nazirlik son həftələrdə Türkiyədəki vətəndaşlarının bir qrupunun həyatını xilas edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin