Azərbaycanlı gənclər Sankt-Peterburqda erməni təxribatının qarşısını aldı – FOTO  

Hazırda oxunan: Azərbaycanlı gənclər Sankt-Peterburqda erməni təxribatının qarşısını aldı – FOTO  

79069

9-10 iyun tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Gənclər Parlamentlərarası Forumu keçirilib.

Bizim.Media xəbər verir ki, Forumda "Davam" Gənclər Hərəkatının üzvləri Zəfər Rzayev və Elvin Babayev Azərbaycan nümayəndə heyəti olaraq iştirak ediblər.

Tədbir Tavriya sarayında Milli Məclisin deputatı, MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının koordinatoru Emin Hacıyevin sədrliyi ilə baş tutub.

İclasda MDB-yə üzv dövlətlərin parlament sədrlərinin MDB Gənclər Parlamentlərarası Forumunun iştirakçılarına salamlama nitqləri səsləndirilib.
Daha sonra müxtəlif ölkələrin nümayəndə heyətlərinin çıxışları zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri, deputat Lilit Minasyan mövzudan kənara çıxaraq 44 günlük Vətən müharibəsi zamanı Qarabağın tarixi-mədəni irsi, o cümlədən sosial obyektlərinin Azərbaycan tərəfindən dağıdıldığını dilə gətirib.

Məsələyə müdaxilə edən Azərbaycan nümayəndə heyətinin üzvləri Zəfər Rzayev və Elvin Babayev iclasın sədri Emin Hacıyevdən çıxış üçün söz haqqı istəyiblər. Çıxış zamanı onlar erməni deputatının iddialarının əsassız və iclasın mövzusuna zidd olduğunu bildiriblər.

O cümlədən iştirakçıların nəzərinə çatdırılıb ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunub.

Eyni zamanda, erməni deputatın səsləndirdiyi toponimlərin Qarabağda heç vaxt mövcud olmadığı, Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı olduğu qeyd edilib.

Erməni deputatın Qarabağdakı dağıntılarla bağlı əsassız iddialarına real faktlarla cavab verən Azərbaycan nümayəndə heyəti hazırda regionda yüksək səviyyədə aparılan yenidənqurma və bərpa işləri barədə danışaraq bu təxribatın qarşısını alıb, sonda isə öz çıxışlarını "Qarabağ Azərbaycandır" ifadəsi ilə yekunlaşdırıblar.
Qeyd edək ki, “Gənc parlamentarilər – MDB-nin gələcəyinə baxış” mövzusunda keçirilən Forumun əsas məqsədi gənclərin parlamentlərarası əməkdaşlığın inkişafına töhfə verməsi, onların hüquq və maraqlarını əhatə edən beynəlxalq gənclər siyasəti və qanunvericilik fəaliyyətinin formalaşmasında rolunun artırılmasıdır.

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin