AMEA-da nə baş verir? – Deputatdan XƏBƏRDARLIQ

Hazırda oxunan: AMEA-da nə baş verir? – Deputatdan XƏBƏRDARLIQ

7905

“Dünyada elmin inkişafına dair layihələr işlənilir, strategiyalar qəbul olunur, bizdə isə vaxtilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tacı sayılan "Fizika" institutunda korrupsiya və maxinasiyalar tüğyan edir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev “Facbook” hesabında yazıb.

Deputatın sözlərinə görə təcili "Fizika" instutuna "Elmin inkişafı Fondun"dan verilən fantastik rəqəmlərlə ifadə olunan Qrant layihələrinin icrası da yoxlanılmalıdır.

Qeyd edək ki, AMEA-nın ötən gün iclası keçirilib.

İclasda Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənilməsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparılmaması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub.

Qərara əsasən, institutun direktoru, akademik Nazim Məmmədov,  institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, institutun baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin