İyunun 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının (BA) 76-cı sessiyasının sədri Abdulla Şahid ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, beynəlxalq təşkilatın ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov qonağı salamlayaraq, BMT BA sədrlərinin Azərbaycana səfərinin artıq bir ənənəyə çevrildiyini qeyd edib.
O, cari səfərin Azərbaycanın BMT üzvlüyünün 30-cu ildönümünə təsadüf etdiyini xüsusilə vurğulayıb. Nazir, dünyanın çox mürəkkəb bir dövrdən keçdiyi bir vaxtda BMT BA sədrliyini uğurla həyata keçirdiyi üçün cənab Abdulla Şahidi təbrik edib.
BMT BA Prezidenti Abdulla Şahid Azərbaycanın BMT-nin ən fəal üzv ölkələrindən biri olduğunu qeyd edib və BMT üzvlüyünün 30 illiyi münasibətilə təbriklərini səsləndirib.
Sədr, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla icrasını təqdir edib. O, çoxtərəflilik üzrə liderliyinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü ifadə edib.
Nazir Ceyhun Bayramov BA sədrinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, minaların təmizlənməsi, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.
O, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini söyləyib.
12.12***
Azərbaycan xarici işlər nazirli Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının prezidenti Abdulla Şahidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin “Twitter“ səhifəsində paylaşım edilib.
Bizim.Media