Azərbaycan Prezidenti: “Füzulidə bir dənə də salamat bina qalmayıb”

Hazırda oxunan: Azərbaycan Prezidenti: “Füzulidə bir dənə də salamat bina qalmayıb”

Özət:
  • “Dini abidələrimiz sökülüb, hər şey talan edilib”
  • “Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq”-
  • “Füzuli haqqında  kitablar  yazılacaq”-
  • “Məscidlərdə azan səsləri eşidiləcək”-
790

“Füzuli uğrunda döyüşlər ağır döyüşlərdi. Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi.” Bizim.Medianın xəbərinə görə bu sözləri  Prezident İlham Əliyev bugünkü çıxışında qeyd edib. Azərbaycan Prezidenti  Füzulinin indiki görkəmini də şərh edib: “ Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”. Dövlət başçısı deyib ki, Füzuli yenidən bərpa olunacaq və o kəndlərə həyat qayıdacaq. “Füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin