ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlir

Hazırda oxunan: ABŞ dövlət katibinin köməkçisi Azərbaycana gəlir

78709

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. 

“Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-dən 19-dək Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək”, - deyə məlumatda qeyd olunub. 

Karen Donfridin iyunun 15-i və 16-da Azərbaycanda olacağı və bir sıra rəsmi görüşlər keçirəcəyi planlaşdırılır. 

Dövlət katibinin köməkçisinin iyunun 17-də Gürcüstana 18-də isə Ermənistana səfər etməsi planlaşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin