BMT daxilində islahatlar vacibdir – Azərbaycanın da TƏKLİFİ VAR

Hazırda oxunan: BMT daxilində islahatlar vacibdir – Azərbaycanın da TƏKLİFİ VAR

78640

“Hazırda BMT strukturları daxilində islahatların aparılması aktualdır. Bu prosesdə isə Azərbaycan kimi ölkələrin iştirakı çox vacibdir”.

Bunu Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov BMT Baş Assambleyanın 76-cı sessiyasının prezidenti Abdulla Şahidin Azərbaycan xarici işlər nazirinin dəvəti ilə 2022-ci ilin 12-13 iyun tarixində Bakıya olacaq səfərini şərh edərkən deyib: 

“Azərbaycan hər zaman BMT strukturları ilə əməkdaşlıq edib. BMT çox vacib orqandır. 10 noyabr bəyanatında əks olunduğu kimi, Azərbaycanın azad olunmuş ərazilərində məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı BMT-nin Qaçqınlarla bağlı Baş Komisarının fəaliyyəti qeyd olunub. Ümumiyyətlə, BMT səviyyəsində həyata keçirilən bütün müzakirələr hələ də öz vacibliyini qoruyub saxlayır.

Çünki bu qurum nə qədər zəif olsa da, təhlükəsizliklə bağlı ondan başqa planetimiz səviyyəsində birlik yoxdur.

Digər tərəfdən, artıq BMT strukturları daxilində islahatların aparılması da aktualdır. Bu prosesdə Azərbaycan kimi ölkələrin iştirakı da çox vacibdir”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin