Təbrizdə nə baş verir? - Son olayların PƏRDƏARXASI

Hazırda oxunan: Təbrizdə nə baş verir? - Son olayların PƏRDƏARXASI

78608

Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, İranda kütləvi etirazlar səngimək bilmir. Daha çox sosial-iqtisadi problemlər səbəbindən küçələrə çıxan xalqın tələbləri içərisində siyasi məqamlar da çoxluq təşkil edir.

Əvvəlki dövrlərdə olduğu kimi, aksiyaların əsas mərkəzi Təbriz olsa da, ölkənin digər şəhərlərində, eləcə də paytaxt Tehranda da narazı kütlənin nümayişləri davam edir.

Hər hansı ciddi dəyişiklik və nəticəyə isə şahidlik etmirik. Belə ki, molla rejimin 43 ildir davam edən iqtidarı dönəmində zaman-zaman bu cür aksiyalar və narazılıq səsləri baş qaldırsa da, rejimin təbiətində hər hansı konkret transformasiya baş verməyib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Qabil Hüseynli qeyd edib ki, İran əhalisinin 90%-dən çoxu indiki rejimin mövcudluğu və fəaliyyətindən narazıdır:
 

MÖVZU İLƏ BAĞLI:

İrana hökmdarlıq edən türk sülalələri – SİYAHI


“Amma problem ondan ibarətdir ki, İranda xalqın etirazlarını bir məcraya yönəldə biləcək, onları rejimə qarşı döyüşə apara biləcək nümunəvi təşkilat yoxdur. Təşkilatların böyük hissəsi, xaricdə fəaliyyət göstərir, çünki daxildə avtoritar rejim hər hansı müxalif hərəkatın təşkilatlanmasına imkan vermir. Zənnimcə, İran müxalifəti konstitusiyanın imkan verdiyi çərçivədə təşkilatlanmağa başlamalıdır və bu çərçivədə fəaliyyət göstəməlidir. Yoxsa kortəbbi kütlə etiraza qalxsa da, heç kim onları idarəetmək məsuliyyətini öz üzərinə götürmür”.

Politoloq sözlərinə görə, təşkilatanmanın olmamasının nəticəsi olaraq, molla rejimi etirazları ya güc yolu yatırır, ya da bir müddət keçdikdən sonra narazılıq öz-özünə səngiyir:

“Açığını desək, hər hansı nəticəyə nail olmaq üçün ya kənardan hansısa dövlətin müdaxiləsi olmalı, ya da müxalif hərəkatın bünövrəsi qoyulmalıdı ki, ölkədə kütləni vahid hədəfə istiqamətləndirmək mümkün olsun. Əks, halda etirazların hər hansı uğura nail olması real görünmür”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin