Abdullah Ağar: “Zəngəzur dəhlizi Avropaya təhlükəsiz enerji tədarükü üçün çox vacibdir”

Hazırda oxunan: Abdullah Ağar: “Zəngəzur dəhlizi Avropaya təhlükəsiz enerji tədarükü üçün çox vacibdir”

78599

“Cənubi Qafqaz geosiyasi və geoiqtisadi baxımdan önəmli regiondur. Bu torpaqlarda bir müharibə oldu və təbii ki, Azərbaycan qalib ayrıldı. Beləliklə Azərbaycan regionun əsas gücünü özündə cəmləşdirdi”. 

Bu fikirləri Zəngəzur dəhlizinin əhəmiyyətini Bizim.Media-ya şərh edən Türkiyənin hərbi-siyasi eksperti, politoloq Abdullah Ağar deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Moskva Zəngəzur dəhlizinin açılmasında israrlıdır” – ERMƏNİ JURNALİST


O qeyd edib ki, Avropa İttifaqının Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakını dəstəkləməsi təhlükəsiz enerji tədarükü ilə bağlıdır.

“Avropa İttifaqı yeni yollar axtarışındadırlar. Yeni alternativlər axtarırlar, xüsəsən enerji tədarükü ilə bağlı. Bu nöqtədə Azərbaycan qaynaqları və Azərbaycan üzərindən gələn qaynaqlar Avropa Birliyi üçün çox önəmli bir alternativdir. Asiyanın Avropaya bağlanması və “Bir kəmər, bir yol” layihəsində, orta yolun, yəni Zəngəzur dəhlizinin daxil olduğu kəmərin dəyəri və önəmi böyükdür”, - deyə A.Ağar qeyd edib.

Digər önəmli nüans isə Türkiyə və Azərbaycanın gücününün Zəngəzur dəhlzinin reallaşması fonunda artması ilə bağlıdır.  

“Zəngəzur dəhlizinin açılması Naxçıvanla Azərbaycanın bu dəhliz vasitəsi ilə, Qarabağ üzərindən bir-birinə bağlanması, bununla birlikdə Türkiyənin quru yol vasitəsilə Azərbaycanla birləşməsi olacaq. Bu son dərəcə önəmlidir. Digər tərəfədən Avropanın Azərbaycan və Türkiyə üzərindən, yəni Zəngəzur dəhlizi ilə Asiyaya bağlanması reallaşacaq. Bunlar son dərəcə önəmli geosiyasi reallıqlardır”.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin