Hindistan səfiri Azərbaycan XİN-ə çağırıldı - “İslam dininin təhqiri qəbuledilməzdir”

Hazırda oxunan: Hindistan səfiri Azərbaycan XİN-ə çağırıldı - “İslam dininin təhqiri qəbuledilməzdir”

78423

Bu gün Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib. 

Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb. 

Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub.
Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin