Ramiz Mehdiyev hələ də Artur Rasizadənin yaratdığı Şuraya rəhbərlik EDİR - FAKT

Hazırda oxunan: Ramiz Mehdiyev hələ də Artur Rasizadənin yaratdığı Şuraya rəhbərlik EDİR - FAKT

78404

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında Ramiz Mehdiyev hazırda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının sədri vəzifəsini icra edir.

Maraqlıdır, Ramiz Mehdiyev doğurdanmı həmin vəzifədədir? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında AMEA Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva bildirib ki, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Nazirlər Kabinetinin qərarı ilə yaradılıb:
 

MÖVZU İLƏ BAĞLI:

AMEA-nın Ümumi yığıncağı bu tarixdə olacaq – Ramiz Mehdiyevin yerinə kim PREZİDENT SEÇİLƏCƏK?


“Bu Şura 2018-ci il fevralın 20-dən o vaxtki baş nazir Artur Rasizadənin imzası ilə yaradılıb. Şura yeni yaradılan zaman AMEA-nın prezidenti Akif Əlizadə, sədr müavini isə İbrahim Quliyev olub. 31 yanvar 2020-ci ildə Nazirlər Kabineti baş nazir Əli əsədovun imzası ilə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının tərkibində dəyişiklik edib.

Bu dəyişiklikdən sonra Ramiz Mehdiyev Şuranın sədri olub. Sədr müavini isə Dilqəm Tağıyev olub.

Demək ki, bu qərara Nazirlər Kabineti dəyişiklik edir və birbaşa onun səlahiyyəti altında olan məsələdir. Demək ki, Şuranın tərkibində dəyişiklik etmədiyinə görə Ramiz Mehdiyev hələ də oranın sədri vəzifəsini icra edir. Yəni bu məsələnin AMEA-ya aidiyyəti yoxdur. 

Qeyd edək ki, bu ilin fevral ayının 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev vəsifəsindən istefa verib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin