Ermənistan kimə yardım edir, niyə yardım edir? – Politoloqun ŞƏRHİ

Hazırda oxunan: Ermənistan kimə yardım edir, niyə yardım edir? – Politoloqun ŞƏRHİ

78294

“Ermənistanın siyasi rəhbərliyi hər zaman xarici siyasətdə tərəddüdlü və ikitərəfli oyunlar oynamağa daha çox məcburdur. Nəzərə alsaq ki, Ermənistanın siyasi dairələrinin əksər hissəsi və ölkə iqtisadiyyatının əsas elementləri Rusiyanın nəzarəti altındadır, bu zaman Ermənistanın bu hərəkətini anlamaq olar”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan QƏRAR VERDİ – Sülh müqaviləsi imzalanacaq


Belə ki, Ermənistan tərəfindən Rusiyaya 16 tonluq humanitar yardımın göndərilməsini şərh edən politoloq İrəvanın vassalı olduğu ölkənin hərbi kampaniyasını dəstəkləməyə məcbur olduğunu qeyd edib:

“Məsələnin digər maraqlı tərəfi isə Ermənistanın Qərblə xüsusilə də Avropa siyasi və iqtisadi təsisatları ilə olan münasibətlərini göstərmək olar. Son bir ildə Avropa İttifaqı tərəfindən Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərinin keçirilməsi, mühüm razılıqların əldə edilməsi təbii ki, Rusiyanı razı salmır. Hər görüşdən sonra da Paşinyanın fikirlərində ikitirəliyin yaranmasının əsas səbəblərində biri də məhz budur.

BMT-də Rusiyaya qarşı səsvermə zamanı Ermənistanın əleyhinə mövqeyindən çıxış etməsi sonda Azərbaycana ayrılan maddi yardımın məbləğinin artması və Avropa İttifaqı prezidenti tərəfindən Ermənistan baş nazirinə yenidən müharibə başlayacağı təqdirdə Ermənistana kömək etməyin mümkünsüzlüyü barədə xəbərdarlığı ilə sonlandı”.

Amid Əliyevin Ermənistanın yardımın məhz qondarma LXR və DXR-ə yollaması məsələsinə də diqqət çəkib: 

“Ermənistan cəmiyytində və siyasi dairələrində hələ də bu fikirdə olan insanlar var ki,Qarabağın gələcəkdə Rusiya ərazisi kimi təqdim oluna biləcəyini düşünürlər. Bu yaxınlarda Gürcüstanda Cənubi Osetyanın RF birləşdirilməsini özündə ehtiva edən referendumun keçirilmə ehtimalı erməni millətçilərini bir qədər də ruhlandırıb. LXR, DNR Cənubi Osetyanın Rusiya tərəfindən tanınması Qarabağ üçün heç bir zaman president ola bilməz”

Politoloqun sözlərinə görə, Ermənistan siyasi rəhbərliyi Qərblə Rusiya arasında özünəmxsus manevrlər edir və bu Ermənistanın gələcəyi üçün olduqca təhlükəlidir: 

“Brüssel sülh gündəliyi icra olunan bir vəziyyətdə belə bir addımın Ermənistan tərəfindən atılması çox güman ki, Qərb tərəfindən dəstəklənməyəcək və buna ciddi cavab veriləcək. Bunu yaxın zamanlarda Aİ vasitəçiliyi ilə aparılan görüşləri izləməklə görmək olar. Ermənistan siyasi cəhətdən Rusiyadan asılı olsa da Aİ Ermənistanı dirçəltmək və bu ikitirəlikdən qurtarmaq üçün kifayət qədər maliyyə imkanlarına malikdir. Belə olan halda hər iki tərəf maraqlarını qorumaq üçün ciddi addımlar atmağa məcburdur.

Ermənistanın bu məsələdə tərəf seçməsi və sadiq olması olduqca vacibdir. Çünki, danışıqların əsasında məhz qarşılıqlı etimad dayanır. Bu etimadı isə Ermənistan tərəfi özünün düşünülməmiş siyasəti və Rusiyanın təkidedici səyləri ilə itirir”.


Amid Əliyev bu cür vəziyyətin Azərbaycanın lehinə olmasını vurğulayaraq, əlavə edib ki, bu cür siyasi kurs Ermənistanı fəlakətə sürükləyəcək.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin