Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, ondan Rusiya prezidenti Vladimir Putinin Ukraynada müharibəni başladığı ilə bağlı hərəkətlərinin pislənməsi xahiş olunub. Ona, həmçinin razılaşacağı təqdirdə dövlət katibinin birinci müavini Vendi Şermanın ofisi ilə əlaqə saxlamaq tövsiyə edilib.
Bizim.Media xəbər verir ki, səfir bu barədə Rusiyanın “Birinci Kanal”ının efirində danışıb.
Səfir məktub aldıqdan sonra yazılı izahat tələb edib.
Antonov vurğulayıb ki, Rusiyanın Vaşinqtondakı səfirliyinin yaxınlığında amerikalı kəşfiyyatçıların telefon nömrələri yazılan “Federal Təhlükəsizlik Xidmətinin kartları” paylanılır.
Səfirin sözlərinə görə, bu yolla, eləcə də Amerika mediasındakı yazıların köməyi ilə rus diplomatları “vətənlərinə xəyanət etməyə” sövq edilir.
“Mən Rusiya diplomatlarına qarşı belə siyasəti və bu cür münasibəti ən sərt şəkildə pisləyirəm”, - Antonov yekunlaşdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:52 / 08.06.2022
“Vətənindən imtina et” - Rusiyanın ABŞ-dakı səfirinə...
Hazırda oxunan: “Vətənindən imtina et” - Rusiyanın ABŞ-dakı səfirinə...
Hazırda oxunan: “Vətənindən imtina et” - Rusiyanın ABŞ-dakı səfirinə...
78204
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.