Abbas Abbasov yenidən rəsmi Bakıya diş qıcayır...

Hazırda oxunan: Abbas Abbasov yenidən rəsmi Bakıya diş qıcayır...

78050
Abbas Abbasov Türkiyəni Azərbaycanın layihəsinə qarşı yönəltmək çabasında; Sabiq vitse-primyer ermənilərin “soyqırım”x9d şousundan sonra soyuyan Ankara-Moskva münasibətlərini əvvəlki məcrasına qaytarmaq, çabasında; Azərbaycanın qaz kəməri xəttinə alternativ olan “Türk axını”x9dna dəstək üçün Türkiyədə ciddi fəaliyyətə başlayıb; İqtidar onun yeni xəyanətindən xəbərdardır... 

“AzerRos”x9du parçaladıqdan sonra bir müddətdir ki, kölgəyə çəkilən baş nazirin sabiq birinci müavini Abbas Abbasov “yenidən aktiv siyasətə”x9d qoşulub. Hakimiyyətlə bütün körpüləri yandıran Abbas Abbasov bu dəfə də Azərbaycana qarşı daha bir siyasətin içərisində aktiv rol alıb. Belə ki,  sabiq vitse-primyer bir müddətdir ki, Türkiyədə olub. Məlumdur ki, onun Türkiyədə də biznesi var və oradakı işlərinə  oğlu Vüsal Abbasov nəzarət edir.  A.Abbasovun oğlu bir neçə ildir ki, “LUKoil”x9din Türkiyə bölməsinə rəhbərlik edir. 

A.Abbasovun Bakıya gəlməsi qeyri-rəsmi yasaqlandığı üçün o deputat oğlu Aydın Abbasov və ailəsinin digər üzvləri ilə tez-tez İstanbuldakı malikanələrində görüşürlər. Amma bu dəfə A.Abbasov Türkiyəni biznes dünyası ilə bağlayan İstanbulda yox, Ankarada yerləşib. Məlumatlı mənbə iddia edir  ki,  A.Abbasov budəfəki səfərini maksimum məxfi saxlamağa çalışıb ki, bunun səbəbləri barədə bir azdan yazacağıq. Xəbərlərə görə, A.Abbasov Türkiyənin siyasi həyatının müəyyənləşdiyi Ankaraya “xüsusi missiya”x9d ilə gəlib. Məlumatlılığına şübhə etmədiyimiz mənbə deyib ki, A.Abbasov hazırda Ankarada Kremlin layihəsi olan “Türk axını”x9dna dəstək toplamaq üçün qapılar döyür. 

Məlumdur ki, Qərb “Cənub axını”x9d layihəsinin reallaşmasına imkan vermədikdən sonra Rusiya bu dəfə “Türk axını”x9d layihəsini elan edib. Layihə ötən ilin dekabrın 1-də Vladimir Putinin Ankaraya səfərində razılaşdırılıb. Amma Putinin 24 apreldə tutduğu mövqe, qondarma soyqırımı İrəvanda yad etməsi rəsmi Ankara ilə  Rusiyanın  münasibətlərini nəzərəçarpacaq dərəcədə gərginləşdirdi. “Qazprom ”x9dTürk axını"nın tikintisinə mümkün qədər tez başlamaq istəyir, lakin Ankara buna müxtəlif arqumentlərlə müqavimət göstərir. 

ABŞ da bu layihənin baş tutmaması üçün bütün gücü ilə müqavimət göstərir. Vaşinqton TAP layihəsini ləngidən, Rusiyanın “Türk axını”x9d layihəsinə qoşulmağa qərarlı olan Yunanıstana təzyiq göstərmək üçün hətta səfiri belə geri çağırmağa qərar verib. Rusiyaya dəstək verən Makedoniyada da siyasi vəziyyət gərginləşib və bunun da arxasında Ağ Evin iradəsinin dayandığı ən aktual iddialardandır . Qərb Avropanı Rusiya qazının asılılığından xilas edəcək, Azərbaycanın da iştirakçısı olduğu Trans-Adriatik Təbii Qaz Boru Xəttinin (TAP) reallaşmasını istəyir. Rusiya da bütün mümkün vasitələrlə bu proyekti əngəlləməyə çalışır. Belə bir situasiyada isə illərlə Azərbaycanın çörəyini yeyən, hakimiyyətə sədaqətdən və xalqa xidmətdən ağızdolusu danışan Abbas Abbasov Türkiyədə yeni bir xəyanət missiyasında görəvləndirilib. 



Abbas Abbasov ermənilərin soyqırım şousundan sonra soyuyan Ankara-Moskva münasibətlərini yenidən əvvəlki məcrasına qaytarmaq, ən əsası Azərbaycanın qaz kəməri xəttinə alternativ kimi düşünülmüş “Türk axını”x9dna dəstək üçün Ankarada ciddi fəaliyyətə keçib. Məhz bu səbəbdən də sabiq vitse-primyer Ankarada olmasını gizli saxlamağa çalışır. Onun bu danışıqlarda hansı sifətdə, konkret kimin təmsilçisi kimi  (daha doğrusu hansı üzlə) iştirak etdiyi bir az mübahisəlidir. Çünki bu kimi dövlət işlərində Abbas Abbasov çox xırda fiqurdur. Amma görünür ki, Abbas Abbasovun bağlı olduğu dairələr (bir müddət əvvəl saytlardan biri onun Rusiya FTX-sı ilə əlaqələri olduğunu iddia edib) onun Azərbaycana, xüsusilə də rəsmi Bakıya “xüsusi münasibəti”x9d olmasından istifadə edirlər. 

Xəbərlərə görə, Abbas Abbasov öz çapında görüşə bildiyi dairələrdə “Türk axını”x9d üçün dəstək istəyir, Ankaranın Kremlə  soyqırım qəzəbinin önünə keçir, bir sözlə, Azərbaycana qarşı bu dəfə Ankarada xəyanət planları qurur.  Məxfiliyə baxmayaraq, Abbas Abbasovun bu təmaslarından Azərbaycan hakimiyyəti xəbər tutub. 

Qeyd edək ki, 2013-cü ildə də Abbas Abbasovun rəhbərlik etdiyi “Milyarderlər İttifaqı”x9d üzvlərinin Türkiyəyə səfərləri, orada siyasi və biznes dairələri ilə keçirdikləri görüşlər haqda rəsmi Bakı öz mənbələri vasitəsilə xəbər tutmuşdu. Həmçinin onun Azərbaycanın sabiq baş naziri Surət Hüseynovla İstanbulda görüşü və müzakirə olunan ortaq layihələr barədə də məlumatlar əldə edilmişdi. Mümkün deyil ki, uzun müddət hökumət üzvü olan  A.Abbasovun iqtidarın Türkiyədəki əlinin uzun, gözlərinin isə iti olduğunu bilməsin. Amma belə nəticəyə gəlmək olar ki, A.Abbasovun bağlı olduğu dairələr onu hakimiyyətlə qarşı-qarşıya gətirməkdə maraqlıdırlar. Ən əsası Azərbaycana xəyanət rolunda Abbas Abbasov özünü rahat hiss edir... Amma nə vaxtacan? 

Hakimiyyətə yaxın bir mənbə bu xəbərləri şərh edərkən “Yeni Müsavat”x9da deyib ki, Bakıdakı “oliqarxqeyt əməliyyatı”x9dnın da Abbas Abbasova və  “Rusiya xəttinə”x9d   hansısa formada bağlılığı var: “Məsələ, üzdə göründüyü kimi, iqtisadi deyil, siyasidir. Azərbaycanda son nəticədə saray çevrilişi edəcək bir qrup ”x9diqtisadi əməliyyat" adı altında darmadağın edildi..."
Yaxın günlərdə bu xarakterdən olan iddialar barədə ətraflı məlumatlar yaymağa  çalışacağıq.
Bizi izləyin və gözləyin...

“Yeni Müsavat”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin