Milli Məclisdə amerikalı konqresmenlərlə görüş keçirildi

Hazırda oxunan: Milli Məclisdə amerikalı konqresmenlərlə görüş keçirildi

77595

İyunun 3-də Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə ölkəmizdə səfərdə olan ABŞ Konqresinin nümayəndə heyəti arasında görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Azərbaycanla Birləşmiş Ştatlar arasındakı əlaqələrdən söz açıb.

Səməd Seyidov Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrin reallaşmasında ABŞ-ın və onun Konqresinin dəstəyini məmnunluqla qeyd edib.

Səməd Seyidov 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yaranmış yeni reallıqlar və regional əməkdaşlıq imkanları, Azərbaycanın bölgədə sülhün bərqərar olması və regional əməkdaşlığın inkişafı üçün göstərdiyi təşəbbüslər barədə məlumat verib.

ABŞ Konqresi nümayəndə heyətinin üzvləri Dişa Banik, Vill Smeters, Uilyam Kristian, Troy Duql, Sara Temic, Ata Xan, Ketrin Nikol Klos səmimi qəbul üçün təşəkkür ediblər, regionda gedən proseslərlə bağlı verdikləri suallara deputatlar ətraflı cavablar veriblər.
Görüşdə Azərbaycanın beynəlxalq hüquqa, demokratiyaya və bəşəri dəyərlərə sadiq olduğu, bölgədə sülhün bərqərar olunması və regional əməkdaşlığın inkişafı üçün çalışdığı qonaqların diqqətinə çatdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin