Rusiyanın tanınmış Qafqazşünas alimi, siyasi ekspert Oleq Kuznetsov “Haqqın.az” saytının baş redaktoru Eynulla Fətullayevə qəribə ismarış yollayıb.
Bu barədə baş redaktorun özü paylaşım edib. İsmarışda belə deyilir:
“Eynulla salam, sizi Rusiyadan Oleq Kuznetsov narahat edir. Mən iyunun 9-dək Bakıdayam. Təklif edirəm ki, Putinin Ukraynada nasizmə qarşı mübarizəsini dəstəkləmək üçün mənimlə mətbuat konfransı keçirilsin”.
İlk baxışdan adi görünəcək bir müraciət və təşəbbüsdür. Amma Kuznetsovun bu məsələdə qazanc güdməsi və müsahibə üçün konkret rəqəm göstərməsi məsələyə tamam başqa rəng qatır.
Sən demə Oleq Yuriyeviç azərbaycanlı jurnalistlərə Rusiya həqiqətlərini çatdırmaq yox, bir azca pul qazanmaq istəyir. Və istəyini də dilə gətirir:
“Mənim qonararım 500 manatdır”.
Bakıda qaldığın günlərinin “prastoy” yazmaması üçün Kuznetsov təklifini də əsaslandırıb:
“Ora Rusiyada saytları dondurulmuş ən qatı antiputinçi həmkarlarınızı da dəvət edə bilərsiniz. Yığışaq, əylənək...”
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:10 / 03.06.2022
Oleq Kuznetsovun Eynulla Fətullayevə yolladığı İSMARIŞ – “Mənə 500 manat verin, yığışaq, əylənək”
Hazırda oxunan: Oleq Kuznetsovun Eynulla Fətullayevə yolladığı İSMARIŞ – “Mənə 500 manat verin, yığışaq, əylənək”
Hazırda oxunan: Oleq Kuznetsovun Eynulla Fətullayevə yolladığı İSMARIŞ – “Mənə 500 manat verin, yığışaq, əylənək”
77537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.