Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək – Zaxarova  

Hazırda oxunan: Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək – Zaxarova  

77525

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

O bildirib ki, Lavrov türkiyəli həmkarı ilə görüşəcək.  

“Görüşdə ikitərəfli münasibətlər, Rusiyaya qarşı tətbiq olunan Qərbin qeyri-qanuni sanksiyaları şəraitində iqtisadi əməkdaşlıq müzakirə olunacaq”. 

Zaxarova həmçinin danışıqlarda regional və beynəlxalq gündəmdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılacağını da deyib:  

“İlk növbədə Ukraynadakı vəziyyət, eləcə də Suriya, Liviya, Qarabağ nizamlanması, Balkanlar, Mərkəzi Asiya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin