“Ermənistan rəsmiləri beynəlxalq konvensiyaları pozur. Separatçı rejimin qondarma nazirləri ilə görüşlər danışıqlar prosesinin pozulmasıdır. Beynəlxalq hüquqa əsasən, belə şeylərə qarşı tədbirlər görülməlidir. Dağlıq Qarabağa gətirilən Rusiya sülhməramlıları da belə qanunsuzluqların qarşısını almalıdırlar”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Emil Həsənov səsləndirdi.
Onun sözlərinə görə, mövzu ilə bağlı bir sıra hadisələr qeydə alınıb və bəzi proseslər hələ də davam edir:
“Hal-hazırda Ermənistan XİN rəhbərinin separatçı rejimlə protokol fəaliyyətinə uyğun olmayan görüş zamanı hansısa bayraqların stolun üstünə qoyulması beynəlxalq Vyana konvensiyasının pozulmasıdır. Bunun qarşısı alınmalıdır, çünki sabah bu qanunsuz addımlara reaksiya verəndə deyəcəklər ki, Azərbaycan ritorikasını dəyişib, amma, bu bizim hüququmuzdur. Belə ki, ermənilərin bəzi qanunsuz görüşləri Azərbaycan ərazisində baş verir".
"Biz Xankəndinə girmədik, bura sülhməramlıları cəlb etdik ki, özləri monitorinq etsinlər. Rusiya tərəfi də bu olanlara rəy verməlidir. Yeri gəlmişkən, Ankara da olanlara rəy verə bilər. Sadəcə, hazırda həmin ərazidə rus sülhməramlıları olduğu üçün hadisələrdən kənarda qalmalı deyillər. Bu məsələyə son qoyulmalıdır".
"Azərbaycan öz sülhsevərliyini nümayiş etdirib, sülhməramlı missiyanı cəlb etdi. Lakin Ermənistan belə fəaliyyətlə Azərbaycanın işlərinə müdaxilə etmək istəyir”.
Bunun isə beynəlxalq hüquqda qəbulolunmaz olduğunu deyən konfliktoloq Emil Həsənov sonda qeyd etdi ki, hər bir şəxsin Azərbaycan ərazisinə daxil olması üçün rəsmi Bakıdan icazə alınmalıdır.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:30 / 07.01.2021
Ermənistan rəsmilərinin Qarabağa icazəsiz gəlişi... – Açıqlama
Hazırda oxunan: Ermənistan rəsmilərinin Qarabağa icazəsiz gəlişi... – Açıqlama
Hazırda oxunan: Ermənistan rəsmilərinin Qarabağa icazəsiz gəlişi... – Açıqlama
7743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.