Müsavat başqanı Arif Hacılı son günlər partiyadaşlarının ona qarşı səsləndirdiyi ittihamlara öz facevook profili vasitəəsi ilə cavab verib. Moderator.az həmin yazını təqdim edir:
-Müsavatın ölkə tarixinin azsaaylı demokratik, şəffaf seçkilərindən birini təşkil edən qurultayını saxta adlandırır;
- bu qurultayı keçirən, partiyanın bütün rəhbərliyini əhatə edən Təşkilat Komitəsinin konsensus əsasında qəbul etdiyi qərarlarını qanunsuz elan edir, - paritet əsaslarla formalaşmış komissiyanın videokameralar qarşısında, canlı yayımla keçirdiyi şəffaf seçkilərin nəticələrini qəbul etmir;
-qurultayın sədarətini və katibliyini sənədləri saxtalaşdırmaqda suçlayır;
- partiyanın Məclisini, Divanını, MNTK- sını, rayon təşkilatını tanımır;
- aylarla hökumət saytlarında və TV kanallarında Müsavata qarşı qarayaxma kampaniyası aparır;
- partiya başqanının müavininə qanunsuz hökm çıxarıldığı məqamda, partiyadan çıxmış və qovulmuş adamlarla birlikdə hakimiyyət mediasını da dəvət edib, partiya qarşısında tamaşa düzəldir;
- üzvü olduğu partiyanın ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət etməklə hədələyir.
- ...
Bütün bunlardan sonra " hakimiyyətin maraqlarına xidmət edirsən", - deyənləri "vicdansız", ona qarşı Nizamnamə tələblərini tətbiq edənləri "diktator" adlandırır.
Dedikləri "İnnovativ texnologiya" budurmu?”x9d





































































































