Eks - spiker Rəsul Quliyev Moderator.az-a açıqlamasında İngiltərədə baş tutan 7 may parlament seçkilərinin nəticələrini şərh edərkən seçkidə uduzan Leyboristlər Partiyasının sədri ilə Azərbaycanın müxalifət liderlərini müqayisə edib:
"İngiltərədə seçkilərin nəticələrinin ekzit poll açıqlaması konservatorların başda primyer ministr Kameron olmaqla konservatorlaın udduğundan xəbər verir. Bu hadisənin çox böyük əhəmiyyəti var və iki problemin həllində həlledici rol oynayacaq. Birinci pozitiv hal Rusiyaya qarşı təzyiqlər qat- qat güclənəcək və paralel olaraq Ukraynaya hərbi köməyə icazə veriləcək. İkinci neqativ hal ölkənin Avropa İttifaqından çıxması və ya qalması referenduma çıxarılacaq və bu referendumda xalqın ittifaqı tərk etmək qərarı daha realdır.
Konservatorlara əsas müxalifətdə olan Leyboristlər Partiyası 236 deputat yeri ilə ikinci yeri tutmasına baxmayaraq partiyanın lideri Melibond istefa verəcək. Bu, sivil demokratiyanın fundamental qaydasıdır. İndi bizim 25 illik hər şeyi uduzan müxalifət liderlərinə baxın. Nəinki istefa barədə düşünmürlər, hətta özlərini qəhrəman hesab edirlər. Hələ bu günə qədər bu qədər məğlubiyyətlərin banilərinin heç birinin ağzından hardasa hansısa bir səhvlərini etiraf etdiklərini heç kim eşitməyib. Onları da qınamaq olmaz. İdarəçilikdən elə xəbərsizdirlər ki buraxdıqları səhvlər külliyyətini belə görə bilmirlər".
































































































