Bu gün Azərbaycan-Kamboca Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 3-cü iclası keçirilib.
Xarici İşlər Nazirliyinə Bizim.Media-ya verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Elnur Məmmədov, Kamboca tərəfini isə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Çem Vidya təmsil edib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşdü
İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.
Nazir müavini E.Məmmədov post-münaqişə mərhələsində bölgədə mövcud yaranmış vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, habelə bərpa və quruculuq işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Azərbaycanın Qoşulmama Hərəkatının (NAM) sədri, Kambocanın isə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sədri qismində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda “Azərbaycan Respublikası Hökuməti və Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında Saziş”i imzalanıb.
Bizim.Media