İyunun 3-də Ermənistanda nə baş verəcək? - TƏFƏRRÜAT

Hazırda oxunan: İyunun 3-də Ermənistanda nə baş verəcək? - TƏFƏRRÜAT

77178

“Erməni müxalifətinin Paşinyana yönəlik 3 iyun hədəsi populizmdən başqa bir şey deyil. Həmin gün Ermənistanda heç nə baş verməyəcək”.

Bunu Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyanın qanunverici orqanın 3 iyun iclasında kimlərin Ermənistan və Arsaxın gələcəyi barədə düşündüyünün bəlli olacağını söyləməsi fonunda həmin gün bu ölkədə nə baş verəcəyi barədə suala cavabında deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın atəşkəsi pozmaq cəhdlərinin arxasında nə durur?


“Bu gün Paşinyana qarşı küçədə etiraz edənlər keçən ilin 20 iyun tarixindəki parlament seçkilərini uduzaraq azlıqda qalanlardır. Ona görə də baş nazir əleyhinə erməni müxalifətinin keçirdiyi etiraz aksiyaları sönüklüyü, lazımi effekt verməməsilə seçilir. Belədə, Paşinyan da öz gücünü küçədə nümayiş etdirməli olsa, onun tərəfdarlarının daha izdihamlı və daha nəhəng mitinqi baş verə bilər. Bununla da kimin güclü olduğu faktı bir daha üzə çıxar. Bir sözlə, erməni müxalifətinin mitinqləri və bu istiqamətdə olan liderlərin təpkiləri hələlik Paşinyan hakimiyyəti üçün qorxulu deyil”. 

Seyran Ohanyan kimilərin 3 iyun hədəsinə gəldikdə, E. Nəsirov bu hədələrin reallaşma əmsalının sıfıra bərabər olduğunu düşünür: 

“Onlar 3 iyunda parlamentdə hökumətə qarşı daha kəskin ittihamlar irəli sürmək, hətta körpüləri yandırmaq niyyətindədirlər. Ona görə də qırmızı xətti keçmək niyyətlərini bəyan edirlər. Bununla düşünürlər ki, Paşinyan hakimiyyətini zəiflədə biləcəklər. Amma reallıq başqadır. Paşinyan özü də etiraf edib ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər Qarabağ məsələsində iddialarından əl çəkməyi tələb edib. Ona görə hazırda Paşinyan daha çox onun üzərində baş sındırır ki, Azərbaycanın tərkibindəki Qarabağda yaşayan ermənilərin hüquq, azadlıq və təhlükəsizliyi hansı səviyyədə təmin ediləcək. Bu gün Paşinyan məhz bu mövzu ətrafında danışır, daha Qarabağ müstəqilliyindən danışmır. 

Hesab edirəm ki, Paşinyana qarşı 3 iyun hədəsilə çıxış edən insanların yenidən hakimiyyətə gəlməsi qeyri-mümkündür.

Çünki onları inqilab yolu ilə erməni xalqı hakimyyətdən süpürüb atıb. Erməni müxalifətinin 3 iyun hədəsi populizmdən başqa bir şey deyil. Həmin gün Ermənistanda heç nə baş verməyəcək. Müxalifət parlamentdə bir qədər hay-küy qaldırıb, sonra yenidən sakitləşəcək. Keçirdikləri küçə yürüşləri də nəticə verməyəcək. Çünki onların Paşinyanı hakimiyyətdən getməyə vadar etmək üçün lazımi gücləri yoxdur”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin