Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski xarici diplomatların Kəlbəcər rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Bizim.Media xəbər verir ki, səfir sosial şəbəkə hesabında Kələbəcər rayonunun Azərbaycan xalqı üçün önəmindən danışıb:
“Necə deyərlər, 100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır - söhbət Kəlbəcərdən gedir! Təsadüfi deyil ki, inanılmaz dağ mənzərələri və zəngin tarixə malik bu Qarabağ bölgəsi Azərbaycan xalqının “beşiyi” adlandırılır”.
MÖVZU İLƏ BAĞLI:
“Dost Azərbaycana dəstəyə görə minnətdarıq” – Ukrayna səfiri
Səfir vurğulayıb ki, bu gün bütün Qarabağ kimi Kəlbəcər rayonu da infrastruktur intibahı dövrünü yaşayır:
"Yeni nəqliyyat arteriyaları yaradılır, elektrik stansiyaları tikilir, memarlıq abidələri bərpa olunur. Rayonun iqtisadi gələcəyinə çox diqqət yetirilir. Azərbaycanın bu hissəsinin faydalı qazıntı yataqlarının, müalicəvi mineral sularının olması, eləcə də sehrli gözəlliyi investisiya və turizmin inkişafı üçün böyük imkanlar yaradır.
Əminəm ki, Kəlbəcər tezliklə Azərbaycanın atributlarından birinə çevriləcək, bura məmnuniyyətlə baş çəkənlər sadəcə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri olmayacaq”.
Bizim.Media