Prezident Rusiyanın pomidor ixracına qadağasından danışdı

Hazırda oxunan: Prezident Rusiyanın pomidor ixracına qadağasından danışdı

7705

“Azad edilmiş torpaqlara gəldikdə, biz burada bu işləri planlı şəkildə görməliyik. Birincisi, ərzaq təhlükəsizliyi üçün. İkincisi, ixrac potensialımızın artırılması üçün”.

Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

 Rusiya Azərbaycan məhsullarına embarqo qoydu

Azərbaycanın 15 müəssisəsinin Rusiyaya pomidor ixracına icazə verildi


Dövlət başçısı ixrac potensialını şaxələndirməyi vacib sayıb: 

“Çünki bu yaxınlarda Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə, bizim üçün çox gözlənilməz olmuşdur. Xatırlayıram, bir neçə il bundan əvvəl Rusiya tərəfi bizə müraciət etmişdi ki, - o vaxt sanksiyalar tətbiq olunmuşdu, - Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırsın. Məhz ondan sonra çox ciddi artım oldu".

"Əgər biz 4-5 il bundan əvvəl və keçən il Rusiyaya pomidor ixracına baxsaq, böyük fərq görərik. Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı. Ancaq siz də, hökumət də bu rəqəmləri bilirsiniz, 4-5 il bundan əvvəl daha aşağı idi. Yəni, demək istəyirəm ki, biz kənd təsərrüfatı ixracına yenidən baxmalıyıq".

"Həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq. Hesab edirəm ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər. Çünki meyvə məhsulları istənilən bazarda qəbul olunur. Burada ənənəvi bazarlarımızın iqlimini nəzərə alsaq, əlbəttə ki, bizim meyvəmizlə heç bir başqa meyvə rəqabət apara bilməz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin