"Biz buna göz yumuruq"- Prezident sülhməramlıların humanitar xidmətindən danışdı

Hazırda oxunan: "Biz buna göz yumuruq"- Prezident sülhməramlıların humanitar xidmətindən danışdı

7678

"Sülhməramlı qüvvələr. Onların orada funksiyası var. Noyabrın 10-da bu funksiya təsbit edildi".
 
Bizim.Media-nın məlumatına görə bu fikirlərləri  Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr edilən müşavirədə səsləndirib .
 
Dövlət başçısı bildirib ki, üçtərəfli bəyanatda sülhməramlıların humanitar missiyası təsbit edilməyib:

"Baxmayaraq ki, indi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki noyabrın 10-da imzalanmış bəyanatda bu funksiya təsbit edilməyib, biz buna, necə deyərlər, göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, başa düşürük ki, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın".

"Ona görə biz imkan verdik. İndi yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir. Biz imkan verdik. Bərdəyə qədər dəmir yolu ilə gedir. Ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır. Əlbəttə, biz imkan verməyə də bilərdik".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin