Zakir Həsənov Hulusi Akarı Heydər Əliyev Beynəlxalq Aeroportundan yola saldı - FOTO/VİDEO

Hazırda oxunan: Zakir Həsənov Hulusi Akarı Heydər Əliyev Beynəlxalq Aeroportundan yola saldı - FOTO/VİDEO

76729

Mayın 29-da Türkiyə Respublikasının milli müdafiə naziri  Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdiafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Mənbə yazır ki, Türkiyə Respublikasının Baş Qərargah rəisi və qüvvə komandanlarının da iştirak etdiyi səfər çərçivəsində nümayəndə heyəti bir neçə hərbi hissədə olub.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar silahlanmada olan hərbi texnika, eləcə də tədris sinifləri və digər hərbi obyektlərdə yaradılan şəraitlə tanış olublar. 

Hərbi qulluqçularla görüşən hər iki ölkənin hərbi rəhbərləri onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Azərbaycanın müdafiə naziri qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin