Qazi və şəhid ailələri ilə bağlı FƏRMAN 

Hazırda oxunan: Qazi və şəhid ailələri ilə bağlı FƏRMAN 

7672

Azərbaycan Prezidenti İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322,  № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039, № 10, maddə 1247) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. “Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.1.1. “Hüquq və kadr məsələləri şöbəsi” bölməsinin altıncı sətri ləğv edilsin və həmin bölmənin onuncu sətrində “7” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;

1.1.2. “İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi” bölməsinin beşinci sətrində “3” rəqəmi “2” rəqəmi ilə və həmin bölmənin altıncı sətrində “7” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;

1.1.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1

Böyük məsləhətçi 1

2

1.2. “Bakı şəhəri Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.2.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.2.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin dördüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin beşinci sətrində “6” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

1.2.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1

Böyük məsləhətçi 1

2

1.3.  “Bakı şəhəri Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı və Binəqədi rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.3.1.  “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.3.2.  “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin dördüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin beşinci sətrində “6” rəqəmi “5” rəqəmi ilə əvəz edilsin;

1.3.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1

Böyük məsləhətçi 1

2

1.4. “Gəncə Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.4.1.  “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.4.2.  “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “5” rəqəmi “4” rəqəmi ilə  əvəz edilsin;

1.4.3.  “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1

Böyük məsləhətçi 1

2

1.5. “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.5.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.5.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.5.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1

Böyük məsləhətçi 1

2

1.6. “Şirvan və Mingəçevir şəhərləri icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.6.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.6.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.6.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1

Böyük məsləhətçi 1

2

1.7. “Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.7.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.7.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.7.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1

Böyük məsləhətçi 1

2

1.8. “Yevlax və Şəki şəhərləri icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.8.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.8.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;

1.8.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1

Böyük məsləhətçi 1

2

1.9. “Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.9.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.9.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində “3” rəqəmi “2” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;

1.9.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1

Böyük məsləhətçi 1

2

1.10. “Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.10.1. “Rəhbərlik” bölməsi üzrə:

1. yeddinci sətirdən sonra aşağıdakı məzmunda yeni səkkizinci sətir əlavə edilsin:

Sektor müdiri — Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkilatçısı 1

2. iyirminci sətirdə “13” rəqəmləri “14” rəqəmləri ilə əvəz edilsin;

1.10.2.  “Memarlıq və tikinti şöbəsi” bölməsinin dördüncü sətri ləğv edilsin və həmin bölmənin beşinci sətrində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.11. “Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” üzrə:

1.11.1. “Hüquq şöbəsi” bölməsinin üçüncü sətrində hər üç halda “2” rəqəmi “1” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində hər üç halda “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

1.11.2. “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinin üçüncü sətrində hər üç halda “4” rəqəmi “3” rəqəmi ilə və həmin bölmənin dördüncü sətrində hər üç halda “5” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;

1.11.3. “Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi” bölməsindən sonra aşağıdakı məzmunda “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” bölməsi əlavə edilsin:

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi

Şöbə müdiri 1 1 1

Böyük məsləhətçi 1 1 1

2 2 2

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin