Təhsil Nazirliyində yüksək vəzifəyə təyin olunan Rüfət Əzizov kimdir? – DOSYE

Hazırda oxunan: Təhsil Nazirliyində yüksək vəzifəyə təyin olunan Rüfət Əzizov kimdir? – DOSYE

7666

Xəbər verdiyimiz kimi, Təhsil nazirliyində Emin Əmrullayevin keçmiş vəzifəsinə yeni təyinat olub.

Azərbaycan gənclərinin tanınmış simalarından olan Rüfət Əzizov Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 

Bəs Rüfət Əzizov kimdir?

Təhsil nazirliyində yüksək vəzifəyə təyin edilən Rüfət Əzizov barədə dosyeni təqdim edirik:

Rüfət Əzizov 1998-ci ildə Beynəlxalq Mendeleyev Kimya Olimpiadası qalibi kimi Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya Fakültəsinə imtahansız olaraq qəbul olmuş və 2003-cü ildə məzun olub.

Həmin universitetdə aspirantura təhsilinə davam edərək, 2006-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir və Kimya Elmləri Namizədi (PhD) elmi dərəcəsini alıb. 

2008-ci ildə peşəkar inkişaf proqramını bitirərək, London Materiallar İnstitutunun peşəkar üzvülüyünə qəbul olunub (Chartered Scientist).
 

MÖVZU İLƏ BAĞLI:

Emin Əmrulayevin keçmiş vəzifəsinə təyinat oldu


2014-2016-cı illərdə ADA/Maastricht Universitetlərinin birgə MBA proqramını və 2018-2020 illərdə isə Oxford Universitetinin (Said Business School) ali biznes idarəçiliyi, Executive MBA proqramını bitirib. 

Əlavə olaraq, bir çox kurslarda və təlimlərdə iştirak edib - onlardan Cornell Universiteti Ali İdarəetmə, George Washington Universiteti Layihələrin İdarə olunması və Oxford Universiteti Süni İntellekt Proqramını qeyd etmək olar.

Rüfət Əzizovun iş təcrübəsi  biotexnologiya, kimyəvi kataliz, pedaqoqika, neft-qaz sənayesi, metal istehsalı, sənaye layihələrinin idarə olunması, təhsil və istehsal bizneslərini əhatə edir. 

2 il (2003-2005) Lomonosov adına MDU-da elmi-işçı vəzifəsində çalışaraq, biokorroziya üzrə araşdırma və inkişaf proqramlarında iştirak edib.

8 il (2005 – 2012) BP şirkətində mühəndis kimi beynəlxalq neft-qaz layihələrində təcrübə qazanıb, material/korroziya mühəndisliyi və texnoloji bütövlüyün idarə olunması meneceri vəzifələrində çalışıb.

2008, 2010 və 2011-ci illərdə müxtəlif nominasiyalar üzrə "BP-də İlin Mühəndisi” Mükafatına layiq görülüb. 

2012-ci ildən metal istehsalı sahəsində fəaliyyət göstərən Unimetal - Prometal şirkətlər qrupunun icraçı direktoru kimi metal sənayesi layihələrini, istehsal əməliyyatlarını və strateji inkişaf proqramlarını idarə edib.

2019-cu ildə Earnst Young "İlin İş Adamı” müsabiqəsinin Sosial Təsir nominasiyası üzrə qalibi olub.

Rüfət Əzizov həmçinin Bakı Ali Neft Məktəbinin MBA proqramında (Dizayn Təfəkkürü və Lean Dizayn), Kimya Mühəndisliyi Magistratura proqramında və eləcə də Layihələrin İdarə Olunması Məktəbində (PMI sertifikat) dərs deyir.

Oxford Universitetinin İnnovasiyalar mərkəzində elmi nəticələrin kommersiyalaşdırılması proqramında ekspert kimi fəaliyyət göstərir. 

"Engineering For Kids” şirkətinin Azərbaycan üzrə təmsilçisi olan STEM Təhsil Mərkəzinin təsisçisidir. 

Müxtəlif illərdə təhsil və elmlə bağlı IJSO, ISEF və digər beynəlxalq yarışların juri üzvü qismində iştirak edib.

Ailəlidir. 2 övladı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin