“Badü-Kubədən, yəni küləklər şəhəri gözəl Bakıdan Nuri Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi yaylara, şəhidimiz Xudayar qardaşımızın mahnılar oxuduğu diyarlara, Gəncə, Şuşa, Füzuli, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm”.
Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında - CANLI
“Bu gün bir daha burada təsdiq olunan əbədi və əzəli qardaşlığı Rəbbim daimi etsin. Dəyərli qardaşlarım, bu il diplomatik münasibətlərimizin yenidən təsisinin 30-cu ildönümünü böyük bir qürurla idrak edirik. Böyük tariximizdən aldığımız ilhamla, aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk”, - deyə Türkiyə lideri əlavə edib.
Bizim.Media