“104 il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki il sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respbulikasının Prezidenti İlham Əliyev “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında - CANLI
“Yalnız 90-cı illərin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolunda inamla gedir. Bu 30 il ərzində bizim yanımızda daim türk qardaşlarımız olub. Biz 30 il ərzində bu qardaşlıq dəstəyini həmişə hiss etmişik, bu gün də hiss edirik”, - deyə dövlət başçısı əlavə edib.
Bizim.Media