“Cıdır düzündə gəzərkən müstəqillik ruhunu hiss etdim” – Selçuk Bayraktar 

Hazırda oxunan: “Cıdır düzündə gəzərkən müstəqillik ruhunu hiss etdim” – Selçuk Bayraktar 

76620

“Teknofest elmi, qardaşlığı və müstəqilliyi özünə düstur seçmiş ruhdur. Dünən mənə ilk dəfə görmək nəsib olan Şuşada, Cıdır düzündə azad şəkildə gəzidiyim zaman bu ruhu daha çox hiss etdim” 

Bizim.Media xəbər verir ki, bu fikirləri “Baykar” şirkətinin texniki direktoru və “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar “TEKNOFEST Azərbaycan” festivalında çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, universitet tələbəsi olan gənc bir qız həmin ruhu bu cür təsvir edib:

“Dünya türkün gücünü görsün, yerini bilsin. Teknofestin şüarının artıq zehinlərdə özünə yer tapdığını görürəm. Bundan sonra bizim vəzifəmiz türk gəncliyinin yolunu açmaq üçün dayanmadan çalışmaqdır. İnanıram ki, bu festivaldakı yarışmalardan çıxan gənc qardaşlarım bu ruhdan aldıqları güclə irəliləyəcəklər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin