ABŞ-ın Azərbaycandakı səfirliyi Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamını alqışlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında məlumat yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev ƏFV SƏRƏNCAMI İMZALADI - SİYAHI
“Birləşmiş Ştatlar həbsdə olan azərbaycanlıların, o cümlədən jurnalistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi müxalifətin üzvlərinin və dini qrupların üzvlərinin əfv edilməsini alqışlayır.
Biz Azərbaycanı qarşıdakı aylarda Azərbaycanın beynəlxalq öhdəliklərinə və vətəndaşlarının əsas azadlıqlarının qorunmasına dair öhdəliklərinə uyğun olaraq əlavə addımlar atmağa çağırırıq”, - məlumatda qeyd olunub.
Bizim.Media