Mayın 27-də Pekin şəhərində Azərbaycanın Çindəki Səfirliyinin yeni binasının açılışı olub.
Azərbaycanın Çindəki səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu münasibətlə diplomatik korpusun Qarabağ zalında rəsmi qəbul təşkil edilib.
Tədbirdə Çinin Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri və Çində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər.
Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun təbrik çıxışı videoformatda tədbir iştirakçıları üçün nümayiş etdirilib. Nazir çıxışında səfirliyin yeni binasının açılış mərasiminin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində, eləcə də Azərbaycan xalqı üçün əlamətdar bir tarix olan 28 May - Müstəqillik Günü ərəfəsində təşkil edilməsinin məmnunluq doğurduğunu və xüsusi rəmzi əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, Çindəki səfirliyin yeni bina kompleksi Azərbaycanın xaricdəki ən böyük səfirlik binalarından biridir.
000 kvadratmetrdən çox sahəsi olan, 5-i üst və 2-si zirzəmi qatı olmaqla 7 mərtəbədən ibarət yeni bina öz müasir memarlığı, milli çalarları və əzəməti ilə seçilir. Pekinin “qızıl rayonu” hesab edilən Lianmaçiao ərazisində yerləşən kompleksdə konsulluq xidmətlərinin həyata keçirilməsi, eləcə də “Bazar günü məktəbi”nin fəaliyyət göstərməsi üçün əlavə inzibati bina da tikilb.
Səfirliyimizin qonşuluğunda ABŞ, Fransa, Yaponiya, İsrail, Hindistan, Cənubi Koreya, Bruney, Sinqapur və s. ölkələrin Çindəki səfirlikləri də yerləşir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:31 / 27.05.2022
Azərbaycanın Çindəki səfirliyinin yeni binası - FOTO
Hazırda oxunan: Azərbaycanın Çindəki səfirliyinin yeni binası - FOTO
Hazırda oxunan: Azərbaycanın Çindəki səfirliyinin yeni binası - FOTO
76539
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.