Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, AXCP üzvü Saleh Rüstəmov əfv edilib.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamında onun da adı var.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev ƏFV SƏRƏNCAMI İMZALADI - SİYAHI
Xatırladaq ki, Saleh Rüstəmov 2018-ci ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Saleh Rüstəmov 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:44 / 27.05.2022
Prezident sabiq icra başçısı Saleh Rüstəmovu ƏFV ETDİ
Hazırda oxunan: Prezident sabiq icra başçısı Saleh Rüstəmovu ƏFV ETDİ
Hazırda oxunan: Prezident sabiq icra başçısı Saleh Rüstəmovu ƏFV ETDİ
76506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.