Finlandiya Respublikasının Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Ölkənizin milli bayramı - müstəqilliyinizin 104-cü ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Sizə ən xoş arzularımı bildirir, ölkənizə və xalqınıza firavanlıq, əmin-amanlıq, tərəqqi diləyirəm. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
XXX
Gürcüstan Prezidenti Salome Zurabişvili də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Gürcüstan xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.
1918-ci il ölkələrimiz üçün xüsusi tarixdir. Belə ki, 104 il əvvəl Gürcüstan və Azərbaycan eyni vaxtda müstəqillik əldə edərək, öz qarşılarına güclü və azad dövlət qurmaq məqsədi qoydular. Bu fürsətdən istifadə edərək, Azərbaycanın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə bir daha minnətdarlığımı bildirirəm.
Bu əlamətdar gündə vurğulamaq istərdim ki, Gürcüstan və Azərbaycanı tarixi dostluq, mehriban qonşuluq münasibətləri, eləcə də sıx strateji tərəfdaşlıq birləşdirir.
Ölkələrimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə verdiyiniz böyük töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, birgə səylərimizlə əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldıracaq, həmçinin regionda sabitliyin, sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi üçün bundan sonra da bir çox səmərəli addımlar atacağıq.
Zati-aliləri, bir daha Sizə dərin ehtiramımı çatdırır, fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi diləyirəm".
XXX
Bununla yanaşı Seneqal Respublikasının Prezidenti Məkki Sall Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Sizə və dost Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzulayıram.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında səmimi dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün Sizinlə birgə işləməyə hazır olduğumu bir daha vurğulayıram".
XXX
İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzu edirəm".
Bizim.Media