Sahibə Qafarova: “Bakı Bəyannaməsində Zəngəzur dəhlizi layihəsinə güclü dəstək ifadə olunub”  

Hazırda oxunan: Sahibə Qafarova: “Bakı Bəyannaməsində Zəngəzur dəhlizi layihəsinə güclü dəstək ifadə olunub”  

76420

“İqtisadi Əməkdşalıq Təşkilatının mayın 17-də keçirilən konfransın yekunu kimi Bakı Bəyannaməsi imzalandı. Bu sənədin müddəları təşkilat üzvlərinin bölgədə iqtisadi və sosial inkişafının təmin edilməsində, inteqrasiya tədbirlərinin inkişafında parlamentlərin rolunu daha da gücləndirmək əzmində olduqlarını bir daha nümayiş etdirir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri parlamentin spikeri Sahibə Qafarova Milli Məclisin bu gün keçirilən plenar iclasında səsləndirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası başladı


İqtisadi Əməkdşalıq Təşkilatının mayın 17-də keçirilən konfransı ilə bağlı fikirlərini bölüşən spiker qeyd edib ki, Bəyannamədə 44 günlük Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycana təbrik ünvanlanıb:  

“Eləcə də, bu qələbənin regionda sülh və tərəqqiyə yol açacağı qeyd olunur. Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə gördüyü yenidənqurma və minatəmizləmə işlərinə dəstəyin göstərilməsinə çağırış səsləndirilir.  

Bakı Bəyannaməsinin mühüm məqamlarından biri də Şərq-Qərb və Şimal-Cənub dəhlizinin mühüm tərkib hissəsi olacaq, nəqliyyat infrastrukturu olan Zəngəzur dəhlizinə güclü dəstəyin ifadə olunmasıdır”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin