ReAL partiyasından radikal müxalifətə TƏPKİ: “Ciddi siyasi şəxslər belə bəyanatlar verməməlidir”

Hazırda oxunan: ReAL partiyasından radikal müxalifətə TƏPKİ: “Ciddi siyasi şəxslər belə bəyanatlar verməməlidir”

76230

“Ciddi siyasi təşkilat, ciddi siyasi şəxslər belə bəyanatlar verməməlidir. Belə bir ritorikadan istifadə edənlər deməli normal, ciddi siyasətçilər deyillər”.

Bunu Bizim.Media-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli Azərbaycanda fəaliyyət göstərən radikal kəsimin 44 günlük müharibədə qələbədən sonra yerdə qalan digər ərazilərimizin geri qaytarılmasına şübhə ilə yanaşmalarına münasibət bildirərkən deyib:
 

MÖVZU İLƏ BAĞLI:

REAL parlamentdə boş qalan yerlərə iddiasını ortaya qoydu - İlqar Məmmədovdan AÇIQLAMA


“Həmin radikal kəsim 2020-ci ilə qədər deyirdi ki, Qarabağ tam itirilib, onun, habelə 7 rayon və Şuşanın geri qaytarılması mümkün deyil. Siyasətçi “heç vaxt” anlayışı ilə danışmamalıdır. Digər torpaqlarımızın da Azərbaycanın nəzarətinə qaytarılması sadəcə zamana bağlı məsələdir. Bu məsələ səbr tələb edir. İqtisadi, siyasi, demoqrafik üstünlük, Azərbaycanın enerji daşıyıcısı və loqistika olaraq önəmi yerdə qalan torpaqlarımızla bağlı problemi yaxın zamanlarda kökündən həll etmək üçün dövlətimiz qarşısında kifayət qədər komfortlu situasiya yaradıb.

44 günlük müharibədə problem böyük ölçüdə həll edildi, işğala son qoyuldu. İndi qalan ərazilərimizin qaytarılması üçün o qədər də çox zamana ehtiyac yoxdur. Qısa müddətdə həmin məsələ də həll olunacaq”. 

Partiya funksioneri bildirir kİ, sülh müqaviləsinin bağlanması istiqamətində danışıqların intensivləşməsi, Avropa Birliyinin bu danışıqlarda əsas tərəflərdən biri olması pozitiv qarşılanan addımlardır: 
 

“Artıq Azərbaycan müharibədən yox, daha çox sülhdən danışan tərəfdir. Bu da doğru addımdır. Ermənistanla sülh müqaviləsinin bağlanması Azərbaycanın strateji maraqlarına uyğundur.


Bu maraqlar çərçivəsində danışıqların intensivləşməsini ancaq alqışlamaq olar. İkitərəfli komissiyanın tezliklə işə başlaması, sərhədlərlə bağlı ümumi razılığa gəlinməsi və bütün bunların AB-nin moderatorluğu çərçivəsində aparılması Bakının maraqlarına cavab verir.
Müharibədən sonra keçən dövr və Azərbaycan dövlətinin qətiyyətli, prinsipial mövqeyi sübut edir ki, tezliklə yerdə qalan digər ərazilərimiz də geri qaytarılacaq. Bu birmənalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin