Cümşüd Nuriyev: “Bu məsələyə görə Milli Məclis təcili toplanmalıdır”

Hazırda oxunan: Cümşüd Nuriyev: “Bu məsələyə görə Milli Məclis təcili toplanmalıdır”

7622

“Bu gün Ermənistanın sosial müdafiə naziri Dağlıq Qarabağın ərazisinə gəlib və qondarma separatçı rejimin rəhbərliyi ilə görüşüb. Guya, bununla o, Dağlıq Qarabağda yaşayan ermənilərin qeydinə qalıb. Birincisi, hər iki halda məsələ qeyri qanunidir. Düzdür, dünən Ermənistan Xarici İşlər Nazirinin seperatçı rejimin XİN rəhbəri ilə Xankəndində ikitərəfli saziş imzalanmasına Azərbaycan Xarici İşlər Nazilriyindən zəif də olsa bəyanat gəldi, amma digər qurumlar ağızlarına su alıb oturdular. Elə XİN-də bu məsələyə normal cavab verə bilmədi. Bəs, niyə bu barədə Azərbaycan Müdafiə Nazirliyi bəyanat vermir?”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.  Onun sözlərinə görə, rus sülhməramlıları sülhü təmin etməkdənsə, əksinə provakasiya yaradırlar. 

“Rus sülhməramlıları Ermənistan Xarici İşlər nazirinə niyə işğal olunmuş torpaqlara daxil olmağa icazə veriblər? Ruslar Azərbaycanı çıxılmaz vəziyyətə qoyub, sülhməramlıları Azərbaycan ərazisinə yerləşdirdi. Bu günə qədər helikopteri Naxçıvan ərazisində kimin vurduğu bilinmədi. Bu provakasiyanı kim təşkil etdi? Azərbaycanı fakt qarşısında qoyub, yenə işğalçıya yardım etdilər".

"Cənab Prezident İlham Əliyev vəziyyətdən maksimum yararlana bildiyi şəkildə yararlandı və torpaqları işğaldan azad etdi. Ancaq hazırda bu cür provakasiya yaradan məsələlərə cənab Prezident qarışmamalıdır. Hanı bizim siyasi partiyalarımız, müdafiə nazirliyimiz, milli məclis üzvlərimiz, səfirliklərimiz, QHT-lər, niyə susurlar? Bu məsələyə görə Milli Məclis təcili toplanıb, onu gündəmə gətirməlidir”, -deyə, o, vurğulayıb.

Politoloq həmçinin sülhməramlıların Azərbaycan ərazisində yerləşdirilməsinin heç bir əsasının olmadığını da bildirib.

“Azərbaycanda sülhməramlılarının qalması üçün heç bir qanuni əsas yoxdur. Çünki ikitərəfli saziş imzalanmayıb. Onlar Azərbaycan ərazilərinə bəyanatla yerləşdiriliblər. Hazırda sülhməramlılar sülh yaratmaq əvəzinə, növbəti təxribatlarla məşğuldurlar. Onların əsas məqsədi Azərbaycanın azad etdiyi Hadrut və Şuşanı Ermənilərə geri qaytarmaqdır. Ona görə də Azərbaycan mediası ayağa qalxmalıdır".

"Rusiya 1960 nəfər yerinə 5000 sülhməramlını ərazilərimizə yerləşdirib. Guya sülhməramlılara azərbaycanlı general-leytenant Rüstəm Muradov başçılıq edir. Bunlar bizi sapı özümüzdən olan balta ilə kəsmək istəyirlər. O general ən qəddar insanlardan biridir və bizi də görən gözü yoxdur”, - deyə, o, qeyd edib.

Ən böyük faciə isə Azərbaycanın daxilində Rusiyanı dəstəkləyən 5-ci kalonun mövcudluğudur, deyən Nuriyev bildirdi ki, bu 5-ci kalonun mərkəzi Azərbaycan Respublikasınını Milli Məclisidir. Politoloq, Əli Həsənovun vəzifədən getməyinə baxmayaraq, onun buraxdığı izlərin hələ də silinmədiyini dedi. O, bildirib ki, bu gün mətbuatda onun himayəsində olan saytlar hələ də fəaliyyət göstərir:

“Bir vaxtlar Əli Həsənovun himayəsində olan saytlara baxın, onlar da Azərbaycanı parçalamaq məqsədi güdür". 

"Bunların məqsədi Prezident İlham Əliyevi təkləməkdir. Niyə axı hər bir məsələdə Prezident meydanda tək qalmalıdır? Bunun da başında Azərbaycanda fəaliyyət göstərən 5-ci kalon durur”.

Politoloq həmçinin hazırda cəmiyyətdə düşmənləri əli ilə türk millətinə qarşı qarayaxma kampaniyanın başladıldığını da deyib:

“Bundan başqa türk millətinə qarşı qarayaxma kampaniyası başladılıb. Bu cür kampaniyalar Türkiyənin düşməni Fətullah Gülən tərəfdarlarının Azərbaycan nümayəndələri tərəfindən həyata keçirilir. Görün, iş nə dərəcədə geniş vüsət alıb ki, F.Gülənin İsveçrədəki nümayəndəsi Azərbaycana gəlir, görüşlər keçirir. Azərbaycanda İctimai Nəzarət Koalisiyasının (İNK) sədri Rasim Məmmədov kimi bir dələduz Avropa Azərbaycanlılarının şəhid və qazilərə yardım üçün yığdıqları pullara özünə, bacısına evlər, avtomobillər alır, şəhidlərin qan puluna özünə şərait yaradır. Çox təəssüfki 5-ci kalon bu insanı müdafiə edir".

"Bu insanı isə Əli Həsənovun himayəsində olan saytlar təbliğ edir, onu normal insan kimi cəmiyyətə sırımaq istəyirlər. Adam düz 5 dəfə məhbus həyatı yaşayıb. Xatırladım ki, bu Rasim Məmmədov bu yaxınlarda qalmaqallı şəkildə işindən qovulan, Bakının Maştağa qəsəbəsində fəaliyyət göstərən 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın qardaşıdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin