Rusiyadan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası HAQDA: “Yardım göstərməyə hazırıq”

Hazırda oxunan: Rusiyadan Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası HAQDA: “Yardım göstərməyə hazırıq”

76166

Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın işinə məşvərətçi yardım göstərməyə hazırdır. 

Bizim.Media xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu, 2021-ci il noyabrın 26-da Soçi sammitindən sonra üç ölkə liderinin bəyanatlarında qeyd olunub və bütün təmaslar zamanı dəfələrlə təsdiqlənib", - deyə o, qeyd edib. 

Zaxarovanın sözlərinə görə, Rusiya postsovet məkanında delimitasiya və sərhəd mübahisələrinin həlli sahəsində unikal ekspert potensialına malikdir:

“Üstəlik, Moskvanın sərəncamında lazımi kartoqrafik materiallar var. Rusiyalı ekspertlər komissiya çərçivəsində öz təcrübələrini azərbaycanlı və erməni dostları ilə bölüşməkdən məmnun olacaqlar”. 

“Məsləhətçi yardımı göstərmək üçün rusiyalı ekspertlər qrupu artıq formalaşıb”, - Zaxarova yekunlaşdırıb. 

Xatırladaq ki, mayın 24-də Azərbaycan və Ermənistan sərhədində delimitasiya komissiyasının işi formatında baş nazir müavinlərinin ilk görüşü baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin