Ermənistan rusiyalı jurnalistin akkreditasiyasını ləğv etdi

Hazırda oxunan: Ermənistan rusiyalı jurnalistin akkreditasiyasını ləğv etdi

Ermənistan XİN-i rusiyalı jurnalist İlya Azarın akkreditasiyasını ləğv edib.

 

761

Bu barədə İlya Azar özünün “Facebook” səhifəsində məlumat verib. O bildirib ki, buna səbəb Şuşa və Laçından hazırladığı , həmçinin  “Novaya qazeta”da yayımlanan “Cənub qapısında müharibə” adlı reportajdır.

Jurnalist  qeyd edib ki, reportaj “ermənilərin vətənpərvərlik hisslərinə toxunub və azərbaycanlıların xoşuna gəlib”.

2011-ci ildən Azərbaycanda “arzuolunmaz şəxs” elan olunduğunu xatırladan İ.Azar Ermənistanda akkreditasiyasının ləğvini söz azadlığına maneə kimi qiymətləndirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin